Ermənistan ordusunun itkin düşən hərbçisinin atasına qarşı 30 min ABŞ dolları məbləğində dələduzluq edilib.
Faktla bağlı ölkənin Milli Təhlükəsizlik Xidməti (MTX) Şirak Regional İdarəsinin əməkdaşları Yerevanda əməliyyat-axtarış tədbiri keçirib.
Məlum olub ki, X.A. adlı əsgər İkinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib və itkin düşüb. V.K. əsgər atası olan A.-nın etibarını qazanaraq ondan oğlunu “Azərbaycan əsirliyindən” xilas etmək üçün 30 min ABŞ dolları istəyib. MTX-dən bildirib ki, o, əsgər atasını xarici dövlətlərin müəyyən dairələri ilə əlaqəsi olduğuna inandırıb.
V.K. alacağı məbləğin 15 min dollarını Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə verəcəyini deyib. O, qalan məbləğin isə müxtəlif məsələlərə xərclənəcəyini bildirib. Sövdələşmənin daha etibarlı olması üçün o, aldığı məbləği 2021-ci il fevralın 22-də notarial qaydada sənədləşdirib.
MTX əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində V.K. istədiyi məbləğin 15 min dollarını alarkən tutulub. Hadisə ilə bağlı cinayəti işi açılıb. (Report)
Ermənistanda itkin düşən əsgərin atasını aldatdılar
02
mart
12:25

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat