Ukraynada, Xmelnitski şəhərindəki xəstəxanalardan birində həkimlər şiş yerinə xəstənin sağlam gözünü çıxarıblar.
Bu barədə "YouTube"da yayımlanan "TSN" proqramının süjetində məlumat verilib.
Belə ki, iki il öncə göz ağrısından şikayətlənən Vasil Plemyanikə səhv diaqnoz qoyulub.

Həkimlər yara olduğunu, çürüdüyünü deyərək xəstənin gözünü çıxarıblar. Lakin əməliyyatdan sonra da ağrı davam edib, hətta daha da güclənib.

Həkimlər şiş yerinə gözünü çıxartdılar - ŞOK HADİSƏ - VİDEOXəstə Kiyevdəki Neyrocərrahiyyə İnstitutunda qəbula düşdükdə həkimlər narahatlığın şiş səbəbindən olduğunu aşkar ediblər.
Artıq boğaza və burunun sağ deşiyinə qədər çatan şişin azı 15 il əvvəl meydana gəldiyi məlum olub.
Şişin götürülməsi üçün xəstə əməliyyata göndərilib.
"Əslində gözü sağlam imiş, sadəcə şiş üzərinə basırdı", - deyə xəstənin qızı göz yaşı içində danışıb.


скачать dle 12.1