Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən “Vətənin xilası” hərəkatının koordinatoru İşxan Saqatelyan deyib ki, onlar iyunun 20-də növbədənkənar seçkinin keçiriləcəyinə inanmamaq üçün ciddi əsaslara malikdirlər.
Martın 19-da Saqatelyan deyib ki, hakimiyyətə qarşı etiraz aksiyaları davam etdiriləcək. İşxan Saqatelyan bildirib ki, hakimiyyət müxalifətin təzyiqi altında seçkiyə getdiyini elan edib.
O deyib ki, seçkiyə razılıq verməsi Nikol Paşinyan hakimiyyətinin zəifliyindən xəbər verir. Saqatelyan əlavə edib ki, iqtidarın nöbədənkənar seçkinin keçirilməsi barədə bəyanat verməsi hələ böhrana son qoyulması demək deyil.
“Vətənin xilası” hərəkatının nümayəndəsi bildirib ki, Nikol Paşinyanın müvəqqəti baş nazir vəzifəsində qalacağı təqdirdə seçkilərin ədalətli olacağına ümid azdır.
O deyib ki, bu seçkinin saxtalaşdırılması ehtimalı böyükdür. Ermənistanın baş naziri Nikol Paşinyan martın 18-də “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Tsarukyanla danışıqlardan sonra növbədənkənar parlament seçkilərinin iyunun 20-də keçiriləcəyini bəyan edib.
Ermənistanda son durum: Seçki olacaqmı?
20
mart
09:46

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat