Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün Araqatson vilayətində çıxışı zamanı Rusiyadan alınan 4 Su-30SM qırıcısının silahsız olduğunu etiraf edib. Bildirib ki, qırıcılar üçün döyüş komplektini almağa fürsət tapmayıblar və Qarabağda müharibə başlayıb.
Qarabağ müharibəsindən əvvəl Ermənistan Rusiyadan Su-30SM qırıcıları əldə etsə də müharibə ərzində onları tətbiq etmədi, Azərbaycanın zərbələrindən qorumaq üçün Şirak aerodromunda gizlətdi. Daha sonra keçmiş Baş qərargah rəisi Movses Akopyan bildirdi ki, Paşinyanı bu təyyarələri almamağa çağırmışdı. Əvəzində hava hücumundan müdafiə sistemləri almağı təklif etmişdi. Lakin baş nazir hansısa maraqlarını üstün tutaraq bu qırıcıları aldı, üstəlik döyüş komplektləri olmadan.
“Bizi ittiham edirlər ki, kifayət qədər silah almamışıq, əvəzində təyyarələr almışıq. Bəli, biz təyyarələri aldıq və bəli, müharibəyə qədər onlara raketlər almağa imkan tapmadıq”,-Paşinyan etiraf edib.
Paşinyan onu da deyib ki, müharibə ərzində Rusiya Ermənistan qarşısında müttəfiqlik öhdəliklərini tam yerinə yetirib. “Sadəcə olaraq biz uzun müddət Rusiyanın üzərinə əslində ona aid olmayan müttəfiqlik öhdəlikləri yükləyirdik. Rusiya keçmiş sovet respublikalarının özəyi kimi həm Ermənistan, həm Azərbayca qarşısında öhdəliklərə malikdir. Rusiya Ermənistanın strateji müttəfiqidir, amma Azərbaycanın düşməni deyil”,-o bildirib.
Paşinyan yenə də rus silahlarından danışdı: Qırıcı alınıb, raketi yox…
21
mart
09:16

Qarabağ
KOMMENTLƏR
Paşinyan Rusiyanı biabır etdi: “Verdiyiniz silahlar işə yaramadı”
Erməni generaldan Paşinyana cavab: - “Onun psixi problemləri var”
Ermənistanın keçmiş baş qərargah rəisi “metallolom” satırmış
Çin Azərbaycan Ordusunun gücü haqqında: “Qarabağda gedən müharibə zamanı...”
Rusiyadan Ermənistana daha bir hərbi dəstək - Yeni Su-30SM qırıcıları verir
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat