Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 95 nəfər vəfat edib.
Bu barədə “covid19.saglik.gov.tr” portalında məlumat yayılıb.
Məlumata görə, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 21 061 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 18 815, ağır xəstələr isə 1538 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 2 992 694 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 807 572 nəfər sağalıb, 29 959 nəfər isə həyatını itirib.скачать dle 12.1