Çinli alimlər və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri Çində apardıqları birgə elmi fəaliyyətin yekununda yeni növ koronavirusun yarasalardan insanlara bilinməyən aralıq heyvan vasitəsilə keçə biləcəyi qənaətinə gəliblər. Bu, bu ana qədər ən etibarlı nəzəriyyədir.
“Report” xəbər verir ki, bu barədə “Associated Press” ekspertlərin hələ dərc olunmamış hesabatına istinadən məlumat verib.
Qeyd olunur ki, mütəxəssislər COVID-19-un laboratoriyadan sızma nəticəsində yaranması versiyasından imtina ediblər. Bununla yanaşı, onlar infeksiyanın mənşəyi ilə bağlı tədqiqatları davam etdirmək niyyətindədirlər.
Bu mətbuat orqanı alimlərin müvafiq hesabatının dərc olunmasının bir neçə dəfə təxirə salındığına diqqət yetirərək bunun Çini qorumaq və ölkəni pandemiyanın yaranmasında günahkar adlandırmamaq üçün edildiyi düşüncəsi yaratdığını vurğulayıb.
Agentlik sənədin demək olar yekun versiyasını bu gün Cenevrə şəhərindəki diplomatdan alıb, İsveçrə ÜST-yə üzv ölkədir.
Mütəxəssislər ümumilikdə COVID-19-un yaranmasında dörd əsas versiyasını sadalayıb. Bunlardan biri koronavirusun hələlik hansı olduğu bilinməyən aralıq heyvan vasitəsilə yarasalardan insanlara keçməsidir. Bu cür heyvanın kərtənkələ, pişik və ya gəlincik ola biləcəyi ehtimal olunur. Eyni zamanda, mütəxəssislər infeksiyanın birbaşa yarasalardan insana ötürülməsinin azehtimallı olduğunu hesab edirlər.
Mütəxəssislər həmçinin yarasaların koronavirusu dondurulmuş qidalara “yapışdıra” biləcəyini qeyd ediblər.
Daha əvvəl “Bloomberg” agentliyi ÜST mütəxəssislərinin Çində heyvan ticarətini yeni növ koronavirusun ortaya çıxmasının mümkün səbəbi adlandırdıqlarını bildirmişdi.
ÜST COVID-19-un ortaya çıxmasının səbəbini açıqladı
29
mart
14:16

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat