Türkiyə Silahlı Qüvvələrinin (TSK) FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində bir neçə genişmiqyaslı əməliyyat keçirilib.
"Anadolu" xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan əməliyyat zamanı FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən 93 hərbçi saxlanılıb. Onlardan 25-i həbs edilib, üç nəfər barəsində hələ də araşdırmalar aparılır. Saxlanılmasına qərar verilən daha 22 nəfərin axtarışları davam edir.
Daha bir əməliyyat İzmir Baş Prokurorluğu tərəfindən ölkənin 53 vilayətində paralel keçirilib. Martın 23-də başladılan əməliyyatlarda indiyədək 184 hərbçinin saxlanılmasına qərar verilib. Bu şəxslərdən 172-i saxlanılıb ki, onlardan 123-ü hazırda fəaliyyətdə olan hərbçilərdir. Saxlanılanlardan 41-i həbs edilib, 92-i isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Digər şübhəlilərin axtarışları davam edir.
Türkiyədə FETÖ əməliyyatı - 41 nəfər həbs edildi
04
aprel
10:11

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat