ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Corc Kent Rusiyanın Dağlıq Qarabağda münaqişəni nizamlamağa yox, saxlamağa can atdığını bəyan edib.
Diplomat bu haqda “Türk irsi” adlı Amerika qeyri-hökumət təşkilatı tərəfindən təşkil edilmiş internet-seminarda çıxışı zamanı bildirib.
“Mən Azərbaycan hakimiyyətinin Rusiya sülhməramlılarının, təxmin edildiyi kimi, Dağlıq Qarabağda uzunmüddətli perspektivdə qalacağı ilə bağlı narazılığının artacağını gözləyirəm”,-Corc Kent deyib.
Amerikalı diplomat Gürcüstan xarici işlər nazirinin müavinlərindən birinin Qarabağa Rusiya qüvvələrinin yeridilməsi ilə bağlı dediklərindən sitat gətirib. “Gürcüstan xarici işlər nazirinin müavinlərindən biri deyib: “Bu həmin situasiyadır ki, Gürcüstan 1998-ci ildə üzləşmişdi. Daha sonra Azərbaycan Gürücstanın 2008-ci ildə üzləşdiyi situasiya ilə üzləşək. Sonra isə o, Gürcüstanın indi yaşadığı situasiyada olacaq””,-Corc Kent bildirib.
Diplomat qeyd edib ki, pessimist, amma realist olan dəyərləndirmələrə görə Rusiya Qarabağdakı münaqişədən öz mənfəəti üçün istifadə etməyə çalışır. Problemin həqiqətən nizamlanmasında maraqlı deyil və Ermənistanla Azərbaycanın irəli getməsinə imkan vermək istəmir.
Corc Kentin sözlərinə görə, Dağlıq Qarabağdakı münaqişəyə iki ölkəyə yekun sülh razılaşması əldə etməyə imkan verəcək şəkildə yanaşma çağırış kimi qarşıda dayanır. Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması perspektivləri haqda suala cavab olaraq isə diplomat belə deyib: “Ola bilsin bu ay da deyil, bu il ərzində də deyil...”. (Virtualaz.org)
“Rusiya Qarabağda münaqişəni saxlamaq istəyir...” - ABŞ dövlət katibinin köməkçisi
08
aprel
11:35

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər