Ermənistanın keçmiş prezidenti Robert Koçaryan baş nazir Nikol Paşinyana və Ermənistan Respublikasına qarşı məhkəmə iddiası qaldırıb.
İddiada Robert Koçaryanın ədalətli məhkəmə mühakiməsi hüququnun pozulduğu bildirilir. Koçaryan habelə bu hüququnun pozulması nəticəsində ona dəymiş “qeyri-maddi” ziyanın ödənilməsini, ona qarşı söylənmiş böhtanların təkzib olunmasını tələb edir.
Koçaryanın nümayəndəsi Ayk Alumyan Azatutyuna deyib ki, məhkəmə iddiasının qaldırılmasına səbəb bu ilin 1 martında baş nazir Nikol Paşinyanın mitinqdə etdiyi çıxışda keçmiş prezidentə qara yaxan bəyanatlar verməsi və bu zaman təqsirsizlik prezumpsiyasına məhəl qoymamasıdır. “Bu uzun çıxışda deyilirdi ki, 2008-ci il martın 1-də hakimiyyət adamlara qarşı onlara atəş açılması üçün tanklar göndərib. Bundan başqa Koçaryan barəsində bu iddiadan doğan müxtəlif fikirlər səsləndirilib. O (Paşinyan – red) həm də deyib ki, məhkəmə prosesi buna görə uzanır, çünki hələ hər şey aydınlaşdırılmayıb”.
Paşinyan bunu da iddia etmişdi ki, keçmiş prezident və onun vəkilləri məhkəməni Koçaryanın hakimiyyəti bir daha qəsb edə bilməsi üçün uzatmağa çalışırlar. "Bu adamlar 2008-ci ildə hakimiyyətdə olanda ordunu xalqa qarşı çıxartmışdılar ki, xalq öz iradəsini icra edə bilməsin. Mənim nəzərimcə “1 mart işi” açılıb. Amma qatillərin adları açıqlanmayıb, çünki istintaq orqanları sübutları saxtalaşdırıblar. Bu adamlar bugün də ordunu xalqın üstünə qaldırmaq istəyirlər”.
Azatutyunun niyə həm də Ermənistan Respublikasına qarşı iddia qaldırılıb sualına cavabında Alumyan deyib ki, indiyədək və hazırda baş nazir olan Paşinyanın həmin çıxışı və bəyanatları hökumətin və baş nazirin rəsmi saytlarında dərc olıunub. Məhkəmə iddiasında qarşı tərəfin 4 milyon dram (7.5 min dollar) təzminat ödəməsi tələb edilir.
Azatutyun yazır ki, bu, Robert Koçaryanın baş nazirə qarşı üçüncü məhkəmə iddiasıdır. Ayk Alumyan deyib ki, cavabdeh tərəf birinci iddiaya uyğun olaraq təkzib verib. Onun sözlərinə görə, hazırda ikinci iddia məhkəmədədir və üçüncü iddia icraata götürülüb. Alumyan bildirib ki, bütün məhkəmə iddiaları Koçaryana qarşı böhtan barədədir.
Koçaryan Paşinyanı və Ermənistanı məhkəməyə verdi
09
aprel
10:15

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat