“Sosial media şirkətlərinin hamısının Türkiyədə nümayəndəliyi açılır. Əks halda onlar sanksiyalara məruz qalır. Bunun üçün bu şirkətlərin hamısı Türkiyədə nümayəndəliklərini açmağa başlayıb”.
Bunu bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrddin Altun bildirib.
O deyib ki, bunu dünyanın digər dövlətləri də etməlidir: “Türk dövlətlərinə çağırış edirəm ki, birlikdə yeni dönəmin imkanlarından faydalanaq. Bununla da qarşı-qarşıya olduğumuz hibrid təhdidlər mübarizə aparaq. 44 günlük Vətən müharibəsi dövründə Türkiyə və Azərbaycanın əməkdaşlığı bir daha göstərdi ki, əl-ələ verdiyimizdə heç nə və heç kim qarşımızda dura bilmir. Türkiyə və Azərbaycan arasında olan Ortaq Media Platformasını Türk Şurasına üzv digər ölkələrlə genişləndirməyi istəyirik. Bu platformada Kipr türklərinin də təmsil olunmasını istəyirik. Bununla bağlı bütün üzv və müşahidəçi dövlətlərlə əməkdaşlığı genişləndirməyi düşünürük. “Qarabağ Azərbaycandır!” deyərək, azərbaycanlı qardaşlarımızın sevincini bir daha bölüşürük”./APA
Fəxrəddin Altun türkdilli dövlətlərə çağırış etdi
10
aprel
15:22

Qarabağ
KOMMENTLƏR
“Ölkələrimiz tərəfindən fundamental sənədlər qəbul edilib” - Prezidentin köməkçisi
Hikmət Hacıyev Fehrettin Altunla görüşdü
Türk Şurası Bakıda TOPLANIR
"Türk Şurasının qurumlarını dəstəkləməliyik" - Ərdoğan
Prezident İlham Əliyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak edib
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat