Rusiyanın Sankt-Peterburq şəhərində "Nevskaya manufaktura" fabrikində güclü yanğın başlayıb.
Yanğının qarşısı alınarkən bir yanğınsöndürən həlak olub, daha iki nəfər xəsarət alıb.
Digər yanğınsöndürənlər yanan binadan çıxarılıb.
Yanğın 4 min kvadratmetr sahəni əhatə edir. Fabrikin dam örtüyü çöküb.
Yanğının söndürülməsi üçün helikopterlər cəlb olunub.скачать dle 12.1