Qarabağ separatçıları “müdafiə ordusunun” sabiq rəhbəri, general-leytenant Cəlal Arutyunyan dindirilib. Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, separatçıların qanunsuz hərbi birləşmələrinə rəhbərlik etmiş Arutyunyan İstintaq Komitəsində aparılan cinayət işi üzrə şahid qismində dindirilib.
Söhbət Cəlal Arutyunyanın əmri ilə Hadruta göndərilmiş 72 hərbçi ilə bağlı açılmış cinayət işindən gedir. Nəticədə həmin hərbçilər ya ölüb, ya da itkin düşüb. Bu iş çərçivəsində bölmə komandiri general-mayor Karen Arustamyana ittiham elan olunub.
Məlumata görə, 11 oktyabrda müharibə zamanı Cəlal Arutyunyanın əmri ilə Hadrut-Cəbrayıl istiqamətində hücumu dəf etmək üçün 72 nəfərlik batalyon göndərilib. İttihama əsasən, Arustamyan 72 hərbçi ilə görüşməli və onları öz komandanlığı altına almalı idi. Lakin Arustamyan bu ərazinin artıq Azərbaycan tərəfindən azad edildiyini bilərək hərbçiləri Hadruta göndərib.
Cəlal Arutyunyan Hadruta görə dindirildi
16
aprel
11:49

Qarabağ
KOMMENTLƏR
İtkin düşən daha bir əsgərimizin şəhid xəbəri gəldi
Cəlal Arutyunyan Tonoyanı şantaj edirmiş: "Məlumat qəsdən sızdırılıb"
Ermənistanın keçmiş müdafiə nazirinin bacısı Kürdəmirdə yaşayır - Fotolar
Cəlal Arutyunyan artıq yoxdur - MƏHV EDİLDİYİ TƏSDİQLƏNİR...
Qondarma rejimin müdafiə naziri vuruldu, vəzifəsindən azad edildi
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi