ABŞ Əfqanıstandakı qoşunlarını mayın 1-dən çıxarmağa başlayacaq və bu proses sentyabrın 11-də baş verən terror aktının 20-ci ildönümü ərəfəsində başa çatacaq.
Xarici KİV xəbər verir ki, bunu dünən ABŞ Prezidenti C.Bayden Əfqanıstandakı son vəziyyəti şərh edərkən deyib: “ABŞ əsgərləri, eləcə də NATO müttəfiqlərimiz və əməliyyat tərəfdaşlarımız tərəfindən yerləşdirilən qüvvələr, 11 sentyabrda baş verən ağır hücumun 20-ci ildönümünü qeyd etmədən əvvəl Əfqanıstandan çıxarılacaq. Ancaq Taliban döyüşçüləri ABŞ qüvvələrinə və ya tərəfdaşlarımıza hücum edərsə, onlara cavab vermək üçün ABŞ əlindəki bütün vasitələrdən istifadə edəcək. Taliban bilməlidir ki, geri çəkiləndə bizə hücüm edərsə, özümüzü və tərəfdaşlarımızı müdafiə edəcəyik”.
Prezident digər ölkələrdən Əfqanıstana dəstəyi artırmalarını xahiş edəcəyini vurğulayıb: “Bölgədəki digər ölkələrdən, xüsusən Pakistandan, eyni zamanda Rusiya, Çin, Hindistan və Türkiyədən Əfqanıstana dəstəyi artırmağı xahiş edəcəyik”.
ABŞ administrasiyasından yüksək rütbəli məmurun bildirdiyinə görə, prezident Bayden ciddi siyasi təhlildən sonra Əfqanıstanda qalan ABŞ əsgərlərini oradan çıxarmağa və nəhayət, ABŞ müharibəsini 20 ildə bitirməyə qərar verib.
Onu da qeyd edək ki, Taliban ABŞ-ın Əfqanıstanda sülhü bərpa etmək planını və Amerika qoşunlarının geri çəkilməsini altı ay müddətində təxirə salmaq təklifini rədd edib. Taliban sözçüsü Məhəmməd Naim Vardak Əfqanıstandakı xarici hərbi mövcudluq sona çatana qədər hərəkatın hər hansı bir konfransda iştirak etməyəcəyini açıqlayıb: “Bütün xarici qüvvələr vətənimizdən tamamilə geri çəkilməyənədək İslam Əmirliyi Əfqanıstanla bağlı qərar qəbul edəcək heç bir konfransa qatılmayacaq”.
ABŞ əlindəki bütün vasitələrdən istifadə edəcək - Baydendən Talibana xəbərdarlıq
16
aprel
12:43

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat