Hadrut döyüşləri zamanı öldüyü iddia olunan erməni hərbçi Robert Karapetyana medalı taksi sürücüsü təqdim edib.
“Sputnik Ermənistan” xəbər verir ki, bu barədə özünü Karapetyanın xalası kimi təqdim edən Hasmik Martirosyan öz feysbuk hesabında açıqlama verib. O qeyd edib ki, hərbçiyə təltif olunan medalı bir taksi sürücüsü şəhərdə görüşərək ailəsinə təqdim edib.
“Başa düşürsünüz ki, bu şəkildə verilən təltifnamə minnətdarlıq deyil, bir ailənin üzünə atılan mərhəmət kimidir? Başa düşürsünüz ki, bununla siz ailənin ölən övladının xatirəsini anmırsınız, insanların kədərini təhqir edirsiniz? Mən bilmirəm, siz bunu necə başa düşürsünüz?!”,- deyə Martirosyan qeyd edib.
Hadisə sosial şəbəkələrin erməni seqmentində böyük ajiotaj yaradıb. Sosial şəbəkə istifadəçiləri Ermənistanda ölən hərbçilərə və ailələrinə qarşı artıq mütəmadi hal alan laqeydsizlikdən şikayətləniblər.
Xatırladaq ki, daha əvvəl Qarabağda döyüşlərdə ölən 20 yaşlı erməni əsgər Edqar Doluxanyanın valideynləri oğullarına verilən medalı qəbul etməmişdilər. Onlar medala və onun təqdim olunma qaydasına etiraz etmişdilər. Valideynlər qeyd ediblər ki, oğullarına verilən medal onlara Edqarın əsgər yoldaşı tərəfindən çatdırılıb.
Ermənistanda ölən hərbçiyə qarşı münasibət qalmaqal yaratdı
19
aprel
14:55

Qarabağ
KOMMENTLƏR
Ermənilərin öz hərbçi cəsədlərinə biganəliyi: Qafan morqunda dəhşət (VİDEO)
Paşinyanın xanımı ölən əsgərin anası ağlayarkən telefonla oynadı - FOTO
Ölən və yaralanan erməni əsgərlərin anaları hökumətdən maddi yardım istəyir
Oğlu döyüşdə ölən erməni jurnalistdən Anna Akopyana: "Şou göstərməyin"
Ermənistanda ölən əsgərlərin cəsədləri qohumlarına 1000 dollara satılır – İRƏVANDA QALMAQAL
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat