Slovakiya Azərbaycanlıları Assosiasiyasının (SAA) təşkilatçılığı ilə Bratislava şəhərində Ermənistanın Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında basdırdığı minaların xəritəsini vermədiyinə etiraz əlaməti olaraq aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Slovakiyanın Prezident Administrasiyası qarşısında gerçəkləşdirilən aksiyada "Ermənistan minalanmış ərazilərin xəritəsini vermir" şüarı qaldırılıb. Pandemiya ilə bağlı məhdudiyyətlər səbəbindən aksiyalar fərdi şəkildə keçirilib.
Eyni zamanda SAA-nın təşəbbüsü ilə https://www.hlavnydennik.sk xəbər portalında Ermənistanın minalanmış ərazilərin xəritəsini verməkdən imtina etməsi barədə məlumat dərc edilib. Bildirilib ki, Azərbaycanın mülki şəxsləri və hərbçiləri Ermənistan silahlı qüvvələrinin işğaldan azad olunmuş ərazilərdə basdırdıqları minaların hücumlarına məruz qalırlar.
10 noyabr tarixli üçtərəfli razılığın əldə olunmasına baxmayaraq, Ermənistanın partladıcı maddələrin basdırıldığı ərazilərin xəritəsini verməkdən imtina etdiyinə diqqət cəlb edilib. Ermənistan hakimiyyətinin bu yolverilməz hərəkəti "bölgədəki sülh və sabitliyə təhdid" və "xoş məramın olmaması" kimi qiymətləndirilib.
Slovakiyada Ermənistana qarşı etiraz aksiyası keçirilib
19
aprel
18:21

Qarabağ
KOMMENTLƏR
Qarabağın bərpası niyə ləngiyir? - Rəsmi açıqlama
Azərbaycan XİN Ermənistanla bağlı beynəlxalq ictimaiyyətə çağırış etdi
Ceyhun Bayramovdan hərbi əsirlərlə bağlı AÇIQLAMA
Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verə bilərmi? - “Hakimiyyət dəyişsə...“
İstanbulda Azərbaycana dəstək aksiyası
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat