İranda ötən sutka ərzində 395 nəfər koronavirusdan (COVID-19) ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 67 525 nəfərə yüksəlib.
O deyib ki, İranda ötən 24 saat ərzində 24 492 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 2286927 nəfərə çatıb.скачать dle 12.1