İranın Səhiyyə naziri Səid Nemeki, mayın sonuna qədər ölkədə yeni növ koronavirusun (COVID-19) yayılmasını nəzarətdə saxlamağı hədəflədiklərini söyləyib.
Bakı Səsi Fars Xəbər Agentliyinə istinadən xəbər verir ki, Nemeki İran Məclisindəki millət vəkillərinə müraciət edərək, “COVID-19” ilə əlaqədar ölkədə baş verən son hadisələri qiymətləndirib.
Belə ki, Nemeki, “İnşallah may ayının sonuna qədər COVID-19-u nəzarət altına alacağıq” deyə bildirib.
Virusa nəzarət etmək üçün sosial məsafənin və təcrid olunmağın vacibliyinə diqqət çəkən Nemeki, “Epidemiyanın uzun müddət davam etməsi iqtisadiyyata zərər verir. Sağlamlıq tədbirləri çərçivəsində alınan qərarların iqtisadiyyatı pozmayacaq qərarlar olduğuna diqqət edirik” deyə qeyd edib.
Xatırladaq ki, Çindən dünyaya yayılan “COVID-19” əvvəlcə fevralın 19-da İranın Qum şəhərində görülüb, daha sonra qısa bir zamanda isə bütün ölkəyə yayılıb
İranın səhiyyə naziri: “May ayının sonlarında koronavirusu nəzarət altına alacağıq”
07
aprel
10:23

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat