Ermənistan parlamenti bu gün keçirilən xüsusi iclasında Nikol Paşinyanı respublikanın Baş naziri vəzifəsinə yeganə namizəd seçməyib.
Səsvermədə 75 deputat bitərəf qalıb, 3 nəfər əleyhinə, 1 nəfər isə lehinə səs verib. Bununla da Ermənistan parlamentinin buraxılma proseduru başladılıb.
Müxalif “Maariflənmiş Ermənistan” fraksiyası isə Paşinyanın namizədliyinin əleyhinə səs verib.
***12:51
"Mənim addımım” bloku parlamentin növbədənkənar iclasında Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.
Erməni KİV-ləri xəbər verir ki, "Mənim addımım" fraksiyasının rəhbəri Lilit Makunts bildirib ki, Paşinyanın Ermənistan prezidenti, "Çiçəklənən Ermənistan" və "Parlaq Ermənistan" partiyalarının liderləri ilə danışıqları zamanı tərəflər seçkilərin iyunun 20-də keçirilməsinə razı olublar.
Onun sözlərinə görə, qanunvericilik bunun üçün yalnız bir imkan verir - parlament baş naziri iki dəfə seçməməlidir. "Mənim addımım" bloku məhz bu məqsədlə Nikol Paşinyanın namizədliyini irəli sürüb.
Qeyd edək ki, Paşinyan 25 apreldə istefasını elan edib.
Paşinyanın baş nazir postuna namizədliyi qəbul edilmədi (YENİLƏNİB)
03
may
15:17

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat