İstanbulun Zeytinburnu rayonunda yaşayış binası çöküb. 5 mərtəbəli binanın çökməsi nəticəsində çox sayda avtomobil yararsız hala düşüb. Qeyd olunur ki, bina qəzalı vəziyyətdə olduğu üçün bir müddət əvvəl boşaldılıb. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.