Ermənistan Qarabağla bağlı üçtərəfli razılaşmaları yerinə yetirmək üçün hər cür səy göstərməyə hazırdır.
Bunu Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə deyib.
O bildirib ki, İrəvan 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əldə edilmiş razılaşmaları həyata keçirmək üçün bütün tədbirləri görməyə davam edəcəkdir.
“Biz, həmçinin tərəflər arasında üçtərəfli formatda konstruktiv dialoqu təmin etmək üçün hər cür səy göstərməyə hazırıq", - Paşinyan bildirib.скачать dle 12.1