“Rusiya Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından biridir. 2020-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2,889 mlrd. ABŞ dolları olub”.
Bu barədə Rusiya Xarici İşlər nazirliyinin nazir Sergey Lavrovun Azərbaycana işgüzar səfəri ilə bağlı yaydığı məlumatda bildirilib.
Məlumatda bildirilir ki, Rusiyanın Azərbaycana qoyduğu birbaşa investisiyaların həcmi 4,5 mlrd. dollar, Azərbaycanın Rusiyaya investisyalarının həcmi isə 1,5 mlrd. dollar olub. Respublikada 900-dən çox birgə kompaniya fəaliyyət göstərir. Onlardan 300-ə yaxını yüz faizlik Rusiya kapitalı ilə olan şirkətdir.
“Rusiya-Azərbaycan-İran arasında enerji körpüsünün yaradılması məsələsi üzərində iş gedir.
Regionda güc balansının dəstəklənməsi nəzərə alınaraq qurulan Rusiya-Azərbaycan hərbi-texniki əməkdaşlığı mühüm xarakter daşıyır. Hökumətlərarası komissiya çərçivəsində də müvafiq işlər aparılır”, - deyə Rusiya XİN-in məlumatında qeyd olunub.
Rusiya Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından biridir
10
may
17:56

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat