Həkimlər Hindistanda “Mucormycosis” adlanan nadir və aqressiv göbələk infeksiyasına yoluxmanın artdığını bildirirlər.
Bu barədə BBC xəbər yayıb.
O, beyinə, ağciyərlərə təsir edə, diabet, xərçəng, HİV və ya AİDS kimi ağır immun çatışmazlığı olan insanlar üçün həyati təhlükə yarada bilər.
Hindistanlı mütəxəssislər hesab edirlər ki, öldürücülük nisbətinin 50 %-ə çata biləcəyi təxmin edilən göbələk infeksiyası koronavirusu müalicə etmək üçün istifadə edilən steroidlərdən sonra yayılmağa başlayıb. Steroidlər COVID-19 səbəbiylə ağciyərlərdə yaranan iltihabı azaldır və immunitetin koronavirusa həddindən artıq reaksiya verməsi nəticəsində yarana biləcək bəzi zərərləri aradan qaldırmağa kömək edir. Bununla yanaşı həm diabet xəstələrində, həm də diabet olmayan xəstələrdə immuniteti azaldır və qan şəkərinin səviyyəsini artırır.
“Artıq burada həftədə iki-üç yoluxma halı görürük. Belə halın pandemiya zamanı olması bir kabusdur. Bir çox xəstə infeksiya səbəbiylə görmə qabiliyyətini itirib, bir neçəsi isə ölüb”, - deyə Mumbaydakı bir xəstəxananın həkimi qeyd edib.
Fərqli şəhər və əyalətlərdən olan həkimlər əvvəlki illərdə mukormikoz xəstəsi ilə bu qədər qarşılaşmadıqlarını bildirirlər.
Hindistanda koronavirusla yanaşı nadir infeksiya da qeydə alınır
10
may
22:17

Qarabağ
KOMMENTLƏR
Son sutkada 3 milyondan çox insan koronavirusa yoluxdu
Hindistanda bir gündə 300 minə yaxın insan koronavirusa yoluxdu
Virusa yoluxanların 80 faizində nevroloji əlamətlər özünü göstərir
Səhərlər idman edin, xeyrini görəcəksiniz
Qanvermə hansı xəstəliklərə müsbət təsir edir?– Qan verməyin şərtləri,əks-göstərişi
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat