Bu gün Rusiyada orta məktəbə silahlı basqın edən İlnaz Qalyaviev ilk ifadəsini verib.
Azvision.az xəbər verir ki, Kazan şəhərinin Fayzi küçəsindəki 175 nömrəli gimnaziyada xeyli sayda məktəblini qətlə yetirən 19 yaşlı qatil dindirmə zamanı anormal ifadələr işlədib. O təxminən iki ay əvvəl özünü tanrı hesab edib.
"Yayda içimdə bir "canavar" oyanmağa başladı. Hamıya nifrət etməyə başladım. Həmişə hər kəsə nifrət etmişəm və daha da nifrət etməyə başladım", - deyə o bildirib.
Qatil özünü tanrı elan etməsi barədə anasına söylədiyini amma müstəntiqlərin sualına cavab verdikdə isə, valideynlərinin olmadığını bildirib.
Qeyd edək ki, Rusiyanın Kazan şəhərində orta məktəbdə baş vermiş atışma nəticəsində 13 nəfər ölüb. Hadisə zamanı yaralanan 16 nəfər xəstəxanaya yerləşdirilib. Ölənlərdən əksəriyyətinin məktəbli olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Kazanda terror törədən qatilin ilkin ifadəsi açıqlanıb
11
may
18:05

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat