Rusiya Elmlər Akademiyası Fizika İnstitutunun Günəş Rentgen Astronomiyası Laboratoriyasının alimləri tərəfindən 2019-cu ildən bəri planet miqyasında ən böyük maqnit qasırğası qeydə alınıb.
APA-nın RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, maqnit qasırğası mayın 12-də axşam saatlarında baş verib. Geomaqnit narahatlıq səviyyəsi doqquz ballıq şkala ilə yeddi baladək yüksəlib.
"Faktiki olaraq, Yer kürəsi çox qısa və güclü kosmik zərbə aldı. Hadisənin mahiyyəti hələ kifayət qədər aydın deyil. Günəşdə isə nəzərə çarpan hadisələr qeydə alınmayıb", - institutun məlumatında deyilir.
Beynəlxalq sistemləşdirməyə görə, bu səviyyəli qasırğalar enerji sistemlərinə əhəmiyyətli dərəcədə təsir edə, kosmik aparatları orbitdən çıxara, həmçinin, peyk naviqasiyasında problemlər və radio rabitəsində fasilələr yarada bilər. Hazırda vəziyyət sabitdir. Alimlərin fikrincə, Günəşdə alışma aktivliyi aşağı səviyyədədir.
Son iki ilin ən güclü maqnit qasırğası baş verdi - Yer güclü kosmik zərbə aldı
14
may
14:53

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat