Yunanıstan xarici turistlərə qoyulan bütün məhdudiyyətləri ləğv edərək turizm mövsümünü açıq elan edib.
Bunu Yunanıstanın turizm naziri Haris Teoharis deyib.
Beləliklə, ölkəni həm PCR testi ilə, həm də vaksinasiyadan keçərək ziyarət etmək olar.
Turizm mövsümünün yenidən başlaması münasibətilə təşkil olunan mətbuat konfransında nazir H. Teoharis turistlərin sağlamlığını qorumaq üçün kompleks yanaşma tətbiq olunduğunu diqqətə çatdırıb. Məsələn, təyyarəyə minərkən turistlərin mənfi PCR testi (yola düşmədən 72 saat əvvəl aparılan), peyvənd sertifikatı və ya COVID-19-a qarşı antitellərinin olduğunu təsdiqləyən sertifikatı təqdim etmələri zəruridir. Beş yaşından yuxarı uşaqlar üçün test sertifikatı tələb olunur.
Turistlər uçuş ərəfəsində Yunanıstandakı əlaqə məlumatlarını göstərən PLF (“Passenger Locator Form”) elektron formasını https://travel.gov.gr saytında dolduraraq QR-kodun əldə etməlidirlər. Hoteldə yerləşmə kuponu rolunu oynayan bu QR-kod sərhəddə təqdim olunur.
Yunanıstan hökuməti tərəfindən görülən təhlükəsizlik tədbirləri arasına 1 iyuna planlaşdırılan rəqəmsal vaksinasiya keçidi adlandırılan “Digital Green Pass”ın tətbiqi və əhalinin peyvəndləməsinin sürətləndirilməsi də daxildir. (APA)
Bu ölkədə xarici turistlərə qoyulan bütün məhdudiyyətlər ləğv edildi
14
may
15:58

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat