Ermənistanda 2020-ci il üzrə dövlət büdcəsinin kəsiri ümumi daxili məhsulun 5,4 faizinədək yüksəlib.
Erməni KİV-lərin məlumatına görə, bu barədə Ermənistan Mərkəzi Bankının rəhbəri Martın Qalstyan deyib.
Dövlət borcu isə ötən illə müqayisədə 13,5 faiz artaraq ÜDM-in 63,5 faizinə çatıb.
Bank rəhbərinin sözlərinə görə, ötən il dövlət büdcəsinin xərcləri əvvəlki illə müqayisədə 16,3 faiz artıb.
скачать dle 12.1