“Bayden-Putin görüşməsi İsveçrədə, fotoda gördüyüz "La Grange" villasında baş tutacaq. Əsas müzakurə olunacaq məsələ, məncə, Çinin artan nüfuzu olacaq. Əgər ABŞ Çinə qarşı Rusiyaya birgə davranışla bağlı uyğun plan təqdim etsə (yəni sanksiyalar qalxır, Krım Rusiya kimi tanınır və s.) və Rusiya da razılaşsa, dünya üçün yeni durum yaranacaq”.
Bunu REAL Partiyasının sədr müavini Natiq Cəfərli deyib.
Siyasətçi vurğulayıb ki, bu anlaşma baş tutsa, Qərb Baltikyanı ölkələrdən başqa bütün post-sovet məkanını Rusiyaya güzətdə gedə bilər:
“Bizim üçün ən pisi budur. Hətta məncə, orta və uzun vadədə Qərblə Rusiya Çinə qarşı birləşməyə məhkumdur. Rusiya da anlayır ki, real və faktiki təhlükə onun üçün məhz Çindir. Rəsmi Pekin "yumşaq gücə" arxalanır və uzun zamana "oynayır". Çinin tələsən yeri yoxdur, bu fəlsəfi yanaşma və zamana oynamaqla Honq-Konqu belə özlərinə qaytara bildilər. Yaxın 30-50 ildə Rusiyanın Uraldan Kuril adalarına qədər, əsasən də, Amur çayı və Baykal ətrafında ən azı 30-50 mln. etnik çinli məskunlaşacaq, bu, qaçılmaz bir prosesdir və rəsmi Moskva bunu yaxşı anlayır”.
Baydenlə Putin nələri danışacaq? - Dünya üçün yeni durum yarana bilər
11
iyun
21:30

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat