Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar terrorla mübarizədə NATO müttəfiqlərinin onlara dəstək olmadığını deyib.
Bu barədə o Dəniz Təhlükəsizliyi Mükəmməliyyət Komandanlığının açılış mərasimində çıxışı zamanı bildirib.
"NATO müttəfiqlərimiz dünyanın bir çox bölgəsində terror təşkilatlarına qarşı qərarlılıqla mübarizə aparsalar da, təəssüf ki, PKK/YPG terror təşkilatına qarşı eyni qərarlı mövqe göstərməyiblər”, - deyə Akar qeyd edib.
Türkiyəli nazir ölkəsinin NATO-da ən çox yükü çiyinlərinə alan üzv olduğunu vurğulayıb:
"Türkiyə müttəfiqlərinə milli təhlükəsizlik və regional sabitliyi təhdid edən PKK/YPG və İŞİD terror təşkilatının Suriyanın şimalındakı hərəkətlərinə qarşı birlikdə mübarizə aparmaq üçün çoxsaylı çağırışlar etdi. NATO müttəfiqlərimizə Suriyada təhlükəsiz bir zona yaratmağı dəfələrlə təklif etdik və birlikdə bəzi planlar barədə razılığa gəldik. Ancaq bu razılaşmalar yerinə yetirilmədi və Türkiyə terrorla mübarizədə tək qaldı”.
Hulusi Akar: “Türkiyə terrorla mübarizədə tək qaldı”
11
iyun
17:46

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat