Rusiyanın paytaxtı Moskvada koronavirusa qarşı peyvəndləmə prosesinin sürətləndirilməsi üçün kampaniya başladılıb.
NTV xəbər verir ki, Moskva meri Sergey Sobyanin ölkədə koronavirusa yoluxma və ölüm hallarının artdığını bildirib. Bu səbəblə əlavə tədbirlərə ehtiyac duyulduğunu deyən mer peyvəndləmə prosesinin sürətləndirilməsinin vacibliyini vurğulayıb: "Yoluxmalar artır, sərt karantin rejimi yenidən gündəmə gəlir. Sərt tədbirlərdən çəkinmək üçün peyvəndləmə prosesini sürətləndirmək lazımdır. 14 iyun-11 iyul tarixlərində peyvəndləmə prosesində iştirak edən vətəndaşlarımız  kampaniyada olan 1 milyon rubl dəyərində (23 min 562 manat) 5 avtomobildən birini qazana bilərlər. Kampaniya 18 yaşdan yuxarı şəxsləri əhatə edir".
Qeyd edək ki, Rusiyada yeni növ koronavirusa yoluxma hallarının yenidən artdığı bildirilib. Son sutkada 14 min 723 nəfər COVİD-19-a yoluxub, 357 nəfər isə həmin xəstəlikdən vəfat edib. Bu tendensiyaya əsasən Sankt-Peterburq şəhərində artıq karantin rejiminin sərtləşdirilməsi prosesi başlayıb.скачать dle 12.1