Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Sünik vilayətinin Qacaran şəhərində təşkil etdiyi mitinq uğursuz alınıb. 
Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının bütün cəhdlərinə baxmayaraq, aksiyaya az sayda adam qatılıb. Bunu mitinqdən dronla çəkilmiş fotolardan da görmək mümkündür. 
Erməni mediası isə yazır ki, aksiyada iştirak edənlər Qacaran sakinləri olmayıb. Həmin adamlar Paşinyanla gəlib.  
Paşinyan və tərəfdarlarının Sünik əyalətində reytinqi kifayət qədər zəifdir. Təsadüfi deyil ki, Nikol Paşinyan Sünikdə bundan əvvəl keçirdiyi görüşdə sələflərini ittiham edərək, bu bölgəni Ermənistana qarşı qoymaqda ittiham etmişdi. 


скачать dle 12.1