Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) keçirdiyi nəzarət tədbirləri çərçivəsində İranda “Shirezza Halva Shekari”nin istehsal etdiyi və “ Azər Pak” Məhdud Məsuliyyətli Cəmiyyətin ölkəmizə idxal etdiyi araxis əzməsi məhsuluna agentliyin müfəttişləri baxış keçirib.
Qurumdan verilən məlumata görə, bu zaman idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasında uyğunsuzluq (aflatoksin - B1) aşkar edilib.
Faktla bağlı agentlik qanunvericiliyin tələbləri çərçivəsində müvafiq qərar qəbul edib və istehlak üçün yararsız 3,26 ton araxis əzməsi məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.  
скачать dle 12.1