Ermənistanın Təhlüksizlik Şurasının sədri Armen Qriqoryan 15 erməni diversantın geri verilməsi və bu ölkənin sabiq xarici işlər naziri Ara Ayvazyanın niyə işdən çıxarılması barədə maraqlı açıqlama verib.
Qriqoryan “Azadlıq” Radiosunun Ermənistan bürosuna deyib ki, Ayvazyan Azərbaycanla danışıqlar prosesini pozub.
Onun sözlərinə görə, mayın 27-nə qədər aparılan bütün danışıqlar nəticəsiz qalıb. “Ayvazyan bizim partnyorlarımıza deyirdi ki, guya Ermənistanın əlində minalı ərazilərin hər hansı xəritəsi mövcud deyil. Halbuki biz onu Azərbaycan tərəfinə verdik”, - deyə Qriqoryan vurğulayıb.
Onun sözlərinə görə, Ayvazyan təkcə yalan danışmayıb, həm də əsirlərin geri qaytarılması məsələsini əngəlləməyə çalışıb. Qriqoryan hesab edir ki, keçmiş nazirin təhlükəsizlik məsələlərini həll etmək niyyəti olmayıb. O, davamlı olaraq Paşinyan hakimiyyətinə problem yaradıb.
“Sizdə belə bir sual yaranmır ki, niyə problem uzun müddət həll olunmadı və Ayvazyan danışıqlardan kənarlaşdırlan kimi, məsələ həllini tapdı?”, - deyə Qriqoryan bildirib.
Ermənistan Təhlükəsizilik Şurasının sədri jurnalistin “Hakimiyyət əsirlərin müqabilində yerdə qalan minalı ərazilərin xəritəsini verməyə davam edəcəkmi?” sualına cavab olaraq deyib: “Ermənistan hökuməti istənilən konstruktiv addımlara analoji qaydada cavab verməyə hazırdır”.
"Ayvazyan Azərbaycanla danışıqlar prosesini pozub"
23
iyun
13:03

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat