"Amazon”un sahibi Ceff Bezos və qardaşı ilə yanaşı kosmosa uçacaq üçüncü şəxsin kimliyi bəlli olub.
Amerikalı multimilyarder özünün "Instagram” səhifəsində bu barədə məlumat verib.
Məlumata görə, 82 yaşlı Uolli Fank kosmik səyahət zamanı Bezos qardaşlarını müşaiyət edəcək.
Qeyd edək ki, U.Fank ötən əsrin 60-cı illərindən bəri uçuşa hazırlaşır. O, 1961-ci ildə "Kosmosda qadın” proqramı çərçivəsində seçimlərin qalibi olub, lakin son anda uçuş ləğv edilib.  
Hazırki kosmik səyahətə gəlincə, onun iyulun 20-də baş tutacağı bildirilib.
 
скачать dle 12.1