Rusiya prezidenti Vladimir Putin ötən gecə fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, tərəflər Qarabağ ətrafındakı situasiyanı da müzakirə ediblər.
Belə ki, Vladimir Putin Emmanuel Makronu 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar üçtərəfli razılaşmalarının yerinə yetirilməsinin gedişi haqda məlumatlandırıb. Qeyd olunub ki, regionda vəziyyət Rusiya sülhməramlı qüvvələrinin sayəsində stabil olaraq qalır. Son aylarda normal təsərrüfat fəaliyyəti, iqtisadi və nəqliyyat əlaqələrinin açılması üçün normal zəmin yaradılıb.
Rusiya prezidenti diqqəti avropalı tərəfdaşların, xüsusən də Fransanın döyüş əməliyyatlarından zərər çəkən rayonların əhalisinin humanitar problemlərinin həllinə daha sıx cəlb olunmasının zəruriliyinə yönəldib.
“Hər iki tərəf o cümlədən ATƏT-in Minsk Qrupu xətti ilə Dağlıq Qarabağ nizamlanmasının müxtəlif aspektlərinə dair koordinasiyaya hazır olduqlarını ifadə edib”, - məlumatda deyilir.
Putinlə Makron telefonla danışıblar: Hədəf Qarabağ
03
iyul
11:39

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat