Bu barədə TASS təcili yardım xidmətinə istinadən məlumat verib.
Bildirilib ki, ölənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün genetik müayinəyə ehtiyac olacaq.
Hazırda axtarış işləri davam edir.
O da vurğulanıb ki, xilasedicilər və könüllülər cəsədləri dənizdə qabarma başlayana kimi axtaracaqlar.
Məlumata görə, təyyarənin qalıqlarını və ölənlərin cəsədlərinin axtarılması üçün qəza yerinə iki helikopter göndərilib. Əlavə olaraq axtarışda quru xilasetmə qüvvələri və könüllülər iştirak edir.
Xatırladaq ki, iyulun 6-da Rusiyada An-26 sərnişin təyyarəsi qəzaya uğrayıb. Hava gəmisinin qalıqları Palan qəsəbəsi ərazisində tapılıb. Təyyarədəki 22 sərnişin və altı heyət üzvü arasında sağ qalan olmadığı bildirilir. Faciə ilə əlaqədar Kamçatkada üç günlük matəm elan edilib.