Epidemiya dövründə ən uğurlu peyvənd kampaniyalarından birini həyata keçirən İsraildə “Delta” ştammına görə gərginliyin yaşandığı bir vaxtda, Norveç də bu mutasiyadan əziyyət çəkənlər sırasına daxil olub.
Norveç Milli Xalq Sağlamlığı İnstitutu COVID-19-a qarşı tam peyvənd olunmuş 450 nəfərin koronavirusa yoluxduğunu açıqlayıb. Məlumatda yoluxanlardan 26-nın xəstəxanaya yerləşdirildiyi və onlardanm 75 yaşdan yuxarı olan 21 nəfərin vəziyyətinin orta risk qrupuna aid edildiyi də diqqətə çatdırılıb. Həmçinin 19 nəfərin öldüyü və onlardan 2-si istisna olmaqla digərlərinin 80 yaşdan yuxarı olduğu diqqətə çatdırılıb.
скачать dle 12.1