Tehranda Əfqanıstan hökumət nümayəndələri və “Taliban” hərəkatının siyasi nümayəndə heyətinin iştirakı ilə danışıqlar başlayıb.
“ISNA” agentliyi xəbər verir ki, iclas İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin çıxışı ilə başlayıb. O, əfqanlıları xarici işğalçılara qarşı dəstəkləməkdən qürur duyduğunu deyib.
Əfqanıstanla “Taliban” məsələsində danışıqlar masasına qayıtmağın ən yaxşı seçim olduğunu deyən nazir İranın bu ölkədə baş verən münaqişə və böhranların həllinə töhfə verməyə hazır olduğunu vurğulayıb.
Xatırladaq ki, iyun ayının ortalarından başlayaraq Əfqanıstan və Tacikistan sərhədlərində vəziyyət gərginləşib. Bu zaman ABŞ və NATO qüvvələrinin Əfqanıstanı tərk etməsi fonunda talibanlar şimalda öz fəaliyyətlərini aktivləşdiriblər.
Minimal hesablamalara görə, talibanlar Əfqanıstanın 50 rayonunu ələ keçirib. Regional rəhbərliklərin məlumatlarına görə isə, bu rəqəm daha böyükdür.
Ən təhlükəlisi ondan ibarətdir ki, talibanlar Tacikistan, Özbəkistan və Türkmənistan sərhədlərində sərhəd bölgələrini, həmçinin bir neçə nəzarət məntəqələrini tutublar.
Tehranda Əfqanıstanla “Taliban” arasında danışıqlar başlayıb
07
iyul
14:18

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat