“Kabildə razılaşdırılmış yeni hökumət olmayana və hazırkı Prezident Əşrəf Qani getməyənə qədər Əfqanıstanda sülh olmayacaq”.
Bu barədə “Taliban”ın sözçüsü və Əfqanıstan hökuməti ilə dialoqda iştirak edən nümayəndə heyətinin üzvü Suhail Şahin “Associated Press”ə müsahibəsində deyib.
O bildirib ki, Kabildə qarşıdurma tərəfləri üçün qəbul edilə bilən razılaşdırılmış hökumət qurulduqda və Ə. Qani hökuməti getdikdə “Taliban” silahı yerə qoyacaq: “Mən aydın şəkildə demək istəyirəm ki, biz hakimiyyətin inhisara alınmasına inanmırıq, çünki Əfqanıstanda keçmişdə hakimiyyəti inhisara almağa çalışan heç bir hökumət uğurlu ola bilmədi. Buna görə də eyni formulu təkrarlamaq istəmirik”.
Danışıqları yaxşı başlanğıc adlandıran “Taliban” sözçüsü qeyd edib ki, hökumət barışıq istəmir: “Onlar bizim təslim olmağımızı istəyirlər. Hər hansı atəşkəsdən əvvəl bizim üçün və digər əfqanlar üçün məqbul olan yeni bir hökumət barədə razılaşma olmalıdır. Sonra müharibə olmayacaq”.
“Taliban” atəşkəs üçün bunu tələb edir
23
iyul
13:06

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat