“Azərbaycan, Gürcüstan və Ermənistana qarşı Vladimir Jirinovskinin kobud və təhqiredici çıxışı qəti şəkildə Kremlin mövqeyini əks etdirmir. Bu tamamilə onun öz mövqeyidir. Jirinovskinin təbliğat kampaniyasının müddəti azdır, ona görə də bu kimi çıxışlarla o, öz seçicilərini cəlb etməyə çalışır”.
Bu sözləri açıqlamasında Rusiyanın tanınmış ictimai xadimi, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov deyib.
“Onun seçicilərinin əksəriyyəti kişilər, yüksək təhsilli və az maaşlı şəxslərdir və onlarda bu tip çıxışlar daha yüksək əhval-ruhiyyə yaradır. Buna görə də Jirinovski sərt çıxışlar edərək onları cəlb edir. Lakin dediyim kimi, onun bu çıxışları qəti şəkildə Rusiya siyasəti deyil, şəxsi fikirləridir”,-deyə politoloq bildirib.
Həmsöhbətimiz güman edir ki, Jirinovski təbliğat kampaniyası bitdikdən sonra Azərbaycandan üzr istəyəcək və ya daha yumşaq çıxışı ilə özünü Azərbaycana əfv etdirməyə çalışacaq:
“Şəxsən mən Jirinovskinin çıxışına görə bütün rus politoloqlar adından Azərbaycandan üzr istəyirəm. Həmçinin Azərbaycana qarşı kobud və yaraşmayan fikirlər səsləndirən bütün rus siyasətçilərin adında da üzr istəyirəm. Onun bu çıxışı Azərbaycanı sevmədiyi anlamına gəlmir, mən əminəm ki, Jirinovski Azərbaycanı çox sevir, İlham Əliyevə qarşı böyük rəğbət bəsləyir. Yəqin ki, kampaniya bitəndən sonra o uyğun addım atacaq. Siz onu bağışlayın”.
“Jirinovskinin çıxışına görə Azərbaycandan üzr istəyirəm” – Sergey Markov
02
avqust
15:56

Qarabağ
KOMMENTLƏR
“Jirinovski və onun kimilər terrorçu missiyasını həyata keçirirlər” - DEPUTAT ŞƏRH ETDİ
Jirinovskinin oğlu hava limanında döyüldü – FOTO
“Ermənistanı zorla Rusiyaya birləşdirməliyik” - Jirinovski
Bu, Azərbaycanın nəhəng siyasi qələbəsidir - Sergey Markov
“Putin münaqişənin məhz hərbi yolla həllini ehtimal edirdi”
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat