Ermənistanın "Vətəndaş Müqaviləsi" fraksiyasının parlament spikeri vəzifəsinə namizəd olaraq irəli sürdüyü Alen Simonyan Parlamentdə çıxış edib.
O, çıxışı zamanı hakimiyyət və müxalifət düşmənçiliyinin və qarşılıqlı təhqirlərin sonlanmalı olduğunu vurğulayıb.
“Düşmənçilik və qarşılıqlı təhqirlərin nə parlamentdə, nə də ölkədə bir yeri var. Biz buna görə seçilməmişik.  Ermənistan parlamenti bir ölkədir və millət vəkilləri birlikdə çox iş görməlidirlər. Etik tələblərə riayət etməyi öhdəmə götürürəm. Qarşılıqlı sui -istifadə etmək əvəzinə, işə başlamaq lazımdır, Ermənistanın və “Artsax”ın gələcəyi var”,-deyə o qeyd edib.
скачать dle 12.1