Gürcüstanda ötən sutka ərzində daha 4 233 nəfərə koronavirus diaqnozu qoyulub, 1 934 nəfər müalicə olunaraq sağalıb, 38 pasiyent vəfat edib.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Qonşu ölkədə COVID-19 infeksiyasına ümumi yoluxma göstəricisi 432 903-ə yüksəlib. Yoluxanların 390 827-si sağalıb, 5 948-i dünyasını dəyişib.
скачать dle 12.1