İstanbulda meşəlik ərazidə yanğın olub.
Hadisə şəhərin Beykoz rayonu ərazisində qeydə alınıb.
Yanğının baş verdiyi bölgəyə çoxlu sayda yanğınsöndürmə briqadası cəlb olunub. Qısa müddətdə alov lokallaşdırılıb. Yanğının iki nəfər tərəfindən qəsdən törədildiyi bildirilir.
Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Türkiyənin beş vilayətinin 13 fərqli bölgəsində meşə yanğınları davam edir.
скачать dle 12.1