Türkiyədə şənbə günündən etibarən ölkədəki kəskin istilərin xeyli dərəcədə azalacağı və yağış yağacağı gözlənilir.
Türkiyə mətbuatı xəbər verir ki, bu barədə Türkiyə Meteorologiya xidmətinin Hava Proqnozlaşdırma mütəxəssisi Abdulla Məcit məlumat verib. O bildirib ki, şənbə günü Antalya, Adana və İspartada yağış yağacağı gözlənilir:
“Şənbə günü istilik xeyli dərəcədə azalacaq. Xüsusilə Antalya və ətraf bölgələrində şiddətli yağış yağacağı gözlənilir. Həftə sonu havanın temperaturu Antalyada 42 dərəcədən 32 dərəcəyə enəcək. Küləyin geri dönməsi ilə birlikdə temperaturun azalacağını və buna görə rütubətin artacağını da deyə bilərik”.
Qeyd edək ki, Türkiyədə iyulun 28-dən başlayan yanğınların 38 rayondan 180 yanğın nöqtəsi nəzarətə alınıb. Hazırda 5 rayonun 12 nöqtəsində yanğınla mübarizə davam edir.
Türkiyədə uzun müddətdir gözlənilən yağış bu həftə yağacaq
05
avqust
19:08

Qarabağ
KOMMENTLƏR
- Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi
- İcra başçısı özünə yeni müavin təyin etdi
- "Onunla danışıqlar aparmaq çətindir" - Tramp
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar