Rusiya Prezidenti Vladimir Putin ölkədəki meşə yanğınlarının və daşqınların miqyasını iqlim dəyişikliyi ilə əlaqələndirib.
Dövlət başçısı hökumətlə görüşündə avqustun 6-da meşə yanğınları və daşqınlarla mübarizə ilə bağlı ayrıca bir toplantı keçirəcəyinə söz verib.
Prezidentin sözlərinə görə, son 44 il ərzində ölkədə orta illik temperatur "qlobal ölçüyə nisbətən" 2.8 dəfə daha sürətlə artıb:
"Bütün bunlar, əsasən, qlobal və ölkəmizdəki iqlim dəyişikliyi ilə əlaqədardır. Ərazimizin əhəmiyyətli bir hissəsi - təxminən 65% faizi Uzaq Şimalda yerləşir və sovetlər dövründə orada buzların üstündə bir çox yaşayış məntəqələri salınıb. Hələ də permafrost vəziyyətini izləmək üçün vahid bir sistemimiz yoxdur", - deyə ölkə prezidenti çıxış edib.
Həmçinin prezident xatırladıb ki, belə bir sistemin yaradılması haqqında qanun layihəsi əvvəlcədən planlaşdırılıb:
"Biz bunu ən qısa müddətdə inkişaf etdirməliyik və tətbiq etməliyik".
V.Putin təbii sərvətlər və ekologiya naziri Aleksandr Kozlova bu sənədin hazırlanması, habelə hidrometeorologiya və ətraf mühitin monitorinqi xidmətinin inkişafı barədə hesabat verməyi əmr edib.
Putin ölkədə baş verən yanğın və daşqınların səbəbini açıqladı
06
avqust
10:15

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat