Yunanıstanda Varipombi və bir sıra digər bölgələrdə meşə yanğınları hələ də davam edir.
“Anadolu” agentliyi xəbər verir ki, paytaxt Afinadan təqribən 20 kilometr məsafədə davam edən yanğınlar səbəbindən çox sayda yaşayış məskənləri boşaldılıb.
Varipombi və ətrafındakı ərazilərdə bir çox fabrik və iş yeri yanğın səbəbindən zərər görüb.
Bununla yanaşı, Malakasa adlı bölgədə miqrant düşərgəsi də təxliyyə edilib. İppokratios Politia, Kapandriti ve Afidnesdə isə alovlar evlərə qədər çatıb.
Bölgədə ard-arda partlayış baş verdiyindən elektrik xətlərinə ziyan dəyib. Nəticədə isə bu gün səhər saatlarından etibarən İppokraties Politia, Ayos Stefanos, Polidendri, Tatoi və Krioneridə yaşayış məskənlərində elektrik enerjisi kəsilib.
Mantudi meri Yorgos Çapurniotis Eğriboz adlı ərazidə yanğın səbəbindən azı 300 evin və iri həcmdə meşəlik ərazinin yanaraq külə döndüyünü bildirib.
Həmçinin, Mora yarımadasında İlia və Lakonia bölgələri ilə Orta Yunanıstanda yerləşən Fokidada meşə yanğınları yenidən alovlanıb. Yanğını söndürmək üçün alovlara havadan və qurudan müdaxilələr davam edir.
Bununla yanaşı, ölkənin digər bölgələrində də yanğın davam edir və küləyin təsiri ilə qısa zamanda böyük ərazilərə yayılır.
Yunanıstandakı meşə yanğınlarından - Video
06
avqust
22:47

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat