ABŞ-da hər iki amerikalıdan biri koronavirus əleyhinə peyvənd olunub. Yəni bu gün Amerika əhalisinin 50 faizi vaksinasiya prosesindən keçib.
Bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) məlumat yayıb.
Bu mərhələyə ABŞ-ın kütləvi peyvəndləmə kampaniyasına başlamasından təxminən 8 ay sonra çatıldığı vurğulanıb.
CDC hesablamasına “Moderna” və “Pfizer/BioNTech” iki dozalı peyvəndlər, o cümlədən “Johnson & Johnson”un birdəfəlik peyvəndi daxildir.
скачать dle 12.1