Yunanıstanda ötən həftənin əvvəlində paytaxt Afinanın şimal-şərqində başlanan yanğın dünən nəzarət altına alınıb.
Xarici KİV xəbər verir ki, Evbeya adası və ölkənin cənubundakı Peloponnes yarımadasında baş verən yanğınlar hələ də söndürülməyib.
Qeyd edək ki, yanğınlar nəticəsində meşə örtüyünün 600 min hektar sahəsinə zərər dəyib. Həmin ərazilər polis tərəfindən nəzarət altına alınıb.
Yanğınların baş verdiyi ərazilərdən təxminən 2 min nəfər təxliyə edilib.
скачать dle 12.1