Ukrayna Silahlı Qüvvələri bütün qollarını əhatə edən komanda-qərargah təlimlərinə start verib.
Təlimlər avqust ayının 9-da başlayıb və beş gün davam edəcək.
Sözügedən təlimlərə Ukrayna Silahlı Qüvvələrinin ümumilikdə 14 hərbi komandanlıq və nəzarət orqanları, həmçinin ölkənin Milli Qvardiyası, Təhlükəsizlik Xidməti, Dövlət Fövqəladə Hallar Xidməti və Dövlət Xüsusi Nəqliyyat Xidmətinin nümayəndələri qatılacaq.
Manevrlər Ukraynanın cənubunda, şərqində və şimalında, eləcə də Qara dənizdəki Zmiinyi adasında Ukrayna ordusuna aid beş təlim poliqonunda keçiriləcək.
Açıqlamaya görə, təlimlərin məqsədi müxtəlif növ düşmən hərəkətlərinin planlaşdırılması və idarə edilməsində hərbi səlahiyyətlilərin əməliyyat qabiliyyətlərini artırmaqdır.
Bildirilib ki, Ukrayna ordusu hava qüvvələri ilə mübarizə, quru və dəniz qruplarına aviasiya dəstəyi də daxil olmaqla bir sıra müdafiə tətbiqləri hazırlayacaq.
Təlimə "Buk-M1" və "C-300" zenit-raket kompleksləri, "Javelin" tank əleyhinə raket sistemləri, həmçinin "Qrad" və "Uraqan" raket qurğuları cəlb olunacaq.
Ukrayna 5 günlük hərbi təlimlərə BAŞLADI
10
avqust
11:44

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat