Dünən Əlcəzairin müxtəlif əyalətlərində meşə yanğınları baş verib.
14 fərqli əyalətdə 31 müxtəlif məkanda meydana gələn meşə yanğınlarında vəziyyət ağırlaşır.
Meşə yanğınlarında ən çox təsirlənən Tizi Ouzu əyalətində həyatını itirənlərin sayı 7-yə yüksəlib.
Yaralılardan 3-də vəziyyətinin ağır olduğu bildirilib.
Əyalətin meşə müdiri Yusif Uld Məhəmməd bu yanğınların qəsdən törədildiyini açıqlayıb.
Yanğınlar nəticəsində bəzi evlər külə dönüb.скачать dle 12.1