İran İraqa elektrik enerjisi ixracını dayandırır.
"Fars News" xəbər verir ki, bu ölkənin özündə elektrik çatışmazlığı ilə bağlıdır.
İranın Elektrik Paylama Şirkətinin icraçı direktoru Mustafa Rəcəbi Məşhadinin sözlərinə görə, Əfqanıstana ixrac da azalacaq. 
İcraçı direktor qeyd edib ki, ötən il ölkə təxminən 2 min meqavat elektrik enerjisi ixrac edib, bu il daxili ehtiyaclara görə ixrac 150 meqavata endirilib.
İranın enerji təchizatı vəziyyəti bu yay daha da gərginləşib və bütün ölkədə müntəzəm olaraq işıqların kəsilməsinə səbəb olub.
Problem bir neçə dəfə şəhərlərdə etiraz aksiyaları doğurub.
скачать dle 12.1